logo

Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

10:08 16-02-2021 | icon 1610
Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək. İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.
 
"Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- deyə Fazil Mustafa vurğulayıb.