logo

Ara Ayvazyan Moskvaya Sergey Lavrovla görüşə gedir

19:52 15-02-2021 | icon 4445
Ara Ayvazyan Moskvaya Sergey Lavrovla görüşə gedir

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan fevralın 17-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb.

Bildirilir ki,  görüş Ara Ayvazyanın Rusiya paytaxtına qısamüddətli səfəri çərçivəsində baş tutacaq.

XİN başçıları ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Müzakirələrdə əsas diqqət  Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərlərinin 9 noyabr 2020-ci il bəyanatının  və 11 yanvar 2021-ci il tarixli görüşdə əldə olunan razılaşmanın realizə olunmasına yönələcək. Eyn zamanda ATƏT-in Minsk qrupu həmsədrləri ilə gələcək görüşlərin planı dəqiqləşdirləcək.