logo

İlham Əliyev Milli Paralimpiya Komitəsinin əməkdaşlarını təltif edib

19:20 15-02-2021 | icon 1736
İlham Əliyev Milli Paralimpiya Komitəsinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev fevralın 15-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Zəkiyev İlham Əzizağa oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Rəhimov İlqar Elxan oğlu

“Tərəqqi” medalı ilə

Abbasov İlqar Əziz oğlu

Əlizadə Ülkər Ələsgər qızı

Hacıyev Yaşar Fərəc oğlu

Məhərrəmov İlham Nadir oğlu

Muradov Əkbər Ədalət oğlu

Mürsəlov Rauf Dadaş oğlu

Ramazanzadə Mehman Əbil oğlu "