logo

Azərbaycanda daha 74 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

18:48 15-02-2021 | icon 1827
Azərbaycanda daha 74 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 106 nəfər müalicə olunaraq sağalıb, 74 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 760 nəfər müalicə olunaraq sağalıb, 3183 nəfər vəfat edib. Aktiv xəstə sayı 2254 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 506 min 5 test aparılıb. Bugünkü test sayı isə 4160-dır.