logo

YAP həbs edilən Vüqar Səfərlini Partiya üzvlüyündən çıxardı

17:58 15-02-2021 | icon 1911
YAP həbs edilən Vüqar Səfərlini Partiya üzvlüyündən çıxardı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə YAP-ın mətbuat katibi Hüseyn Paşayev məlumat verib. Onun sözlərinə görə, Vüqar Səfərli YAP sıralarından və partiyadakı vəzifələrindən kənarlaşdırılıb. 

 Qeyd edək ki, Vüqar Səfərli YAP-da rəhbər vəzifə tutub. O,  Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon Təşkilatının sədr müavini idi.

YAP rəsmisi keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da partiyadan kənalaşdırıldığı haqqında iddialara aydınlıq gətirib. O qeyd edib ki, bu formada vəzifədən kənarlaşdırılan məmurlar hakim partiyanın sıralarından da çıxarılacaq:

“Partiya üzvlüyündən kənarlaşdırılma haqqında qərarı rayon təşkilatları verir. Səlim Müslümovun hansı rayon təşkilatında qeydiyyatda olduğunu dəqiq bilmirəm. Bunu dəqiqləşdirmək lazımdır. Amma Vüqar Səfərlidən başqa da partiya sıralarından uzaqlaşdırılanlar var. Hamısı çıxarılacaq”.

Xatırladaq ki,  V.Səfərli və “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar barəsində məhkəmənin qərarı ilə, həbs qəti imkan tədbiri seçilib.

Korrupsiya və rüşvətə görə həbs edilən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Ağstafa, İmişli, Biləsuvar, Neftçala, Yevlax, Cəlilabad, Kürdəmir rayon İcra hakimiyyətlətinin sabiq başçıları da YAP-ın üzvləri olublar.