logo

Ağdam polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb

16:29 15-02-2021 | icon 1771
Ağdam polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarlayıb

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  məlumat verilib. Bildirilib ki, Ağdam rayon Polis Şöbəsinin əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilmiş düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkarlanaraq götürülüb.