logo

Ramil Usubovun 0,5 milyon manatı mənimsəyən bankir qohumu artıq  azadlıqdadır

16:10 15-02-2021 | icon 2009
Ramil Usubovun 0,5 milyon manatı mənimsəyən bankir qohumu artıq  azadlıqdadır
"Amrahbank”ın Müşahidə Şurasının və "Amrahsığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.
 
YeniAvropa xəbər verir ki, Səbail rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib və o, həbsdən buraxılıb.
 
Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmədə, vəzifə saxtakarlığında ittiham edilir. O, 2020-ci ilin iyulunda həbs edilib.
 
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, "Amrahbank” ASC-nin lisenziyası ləğv edilib.
 
Xatırladaq ki, Ü.İldırımzadə "Amrahbank”ın sahibi Yunis İldırımzadənin oğludur. Onun əmisi Yusif İldırımzadə isə uzun müdət  Bakının Xətai rayonunun prokuroru vəzifəsində çalışıb.
O, baş prokuror Kamran Əliyevin əmri ilə ötən ilin mayında təqaüdə göndərilib. Y. İldırımzadə sabiq daxili işlər naziri Ramil Usubovun qudasıdır.