logo

İranda koronavirusdan ölənlərin sayı 60 min nəfərə yaxınlaşır

15:53 15-02-2021 | icon 2051
İranda koronavirusdan ölənlərin sayı 60 min nəfərə yaxınlaşır

Son sutka ərzində İranda koronavirusa 7 min 760 nəfər yoluxub, 83 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 526 min 23 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 28-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 704 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 304 min 330 xəstə sağalaraq evə buraxılıb.