logo

Qobustanda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

15:11 15-02-2021 | icon 329
Qobustanda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

Paytaxtın Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həlak olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, rayonun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini K.Nəcəfzadəni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.