logo

Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ilk iki pilləni bölüşür

14:44 15-02-2021 | icon 2177
Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ilk iki pilləni bölüşür

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ən çox xal toplayan şahmatçı kimi ilk iki pilləni bölüşür.

 YeniAvropa xəbər verir ki, şahmatçımız seriya çərçivəsində indiyədək keçirilmiş 3 turnirdə 108 xal toplayıb. Onunla eyni xalı yığan amerikalı qrossmeyster Uesli So seriyanın ən sonuncu - üçüncü mərhələsində (“Opera Euro Rapid”) hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub etməklə qalib olub. Həmin yarışda qrossmeysterimiz fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdıraraq 3-cü yeri tutub.

Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

0-1-1