logo

Bakıda 19 yaşlı oğul atasını qətlə yetirdi

10:55 15-02-2021 | icon 3262
Bakıda 19 yaşlı oğul atasını qətlə yetirdi
Paytaxtda qətl hadisəsi baş verib.
 
YeniAvropa xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan  verilən məlumatda bildirilib.Qeyd edilib ki, fevralın 13-də saat 21 radələrində  Sabunçu rayon ərazisində 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
 
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2002-ci il təvəllüdlü Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək atasını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
 
Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.