logo

Bakıda intihara cəhdin qarşısı alınıb

09:59 15-02-2021 | icon 1813
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.