logo

 Ədliyyə naziri 2 ay sonra istefa verdi

18:58 14-02-2021 | icon 2310
 Ədliyyə naziri 2 ay sonra istefa verdi

Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze vəzifəsindən istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, buna səbəb onun beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımları, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə, şəxsləri təqib etmək səlahiyyətinə malik olan Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (İCC) hakim seçilməsi olub.

Xatırladaq ki, Qoça Lortkipanidze nazir vəzifəsinə 2020-ci ilin dekabrında təyin olunmuşdu.

O, parlamentdəki çıxışında nazir vəzifəsində çalışacağı müddətdə ölkədə ədliyyə sisteminin təkmilləşdirilməsi, qonşu dövlətlərlə sıx əlaqələrin qurulması, qarşılıqlı səfərlərin təşkili barədə proqram xarakterli çıxış etmişdi.