logo

Qurultay Sabir Rüstəmxanlını yenidən VHP-nin sədri seçdi

15:51 14-02-2021 | icon 1778
Qurultay Sabir Rüstəmxanlını yenidən VHP-nin sədri seçdi

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə VHP-dən bildirilib. Qeyd edilib ki,ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib.

Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Xatırladaq ki, VHP yaranandan bəri partiyanın sədri Sabir Rüstəmxanlı olub.