Milli Məclisin sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı məktubu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məktubda Milli Məclisin sədri İraqın Kara bölgəsində 13 nəfər mülki türk vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu ifadə edib, həlak olanlara Allahdan rəhmət diləyib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından başsağlığı verib.