logo

Paytaxtda 50 yaşlı kişi qətlə yetirildi

14:21 14-02-2021 | icon 3031
Paytaxtda 50 yaşlı kişi qətlə yetirildi

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğdan bildirilib. 

Qeyd edilib ki, qətl hadisəsi Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlu yaşadığı evdə sərxoş vəziyyətdə qohumları ilə mübahisə edib. Mübahisə zəminində onun bədəninin və alınınin müxtəlif nahiyələrinə 15 bıçaq zərbəsi vurulub.

O, çoxlu qan itirərək hadisə yerində ölüb.

Sabunçu rayon Polis İdarəsi və rayon Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb edilib.

İki nəfər şübhəli şəxs qismində saxlanılıb.