logo

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

13:10 14-02-2021 | icon 1694
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev  fevralın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb

Məktubda deyilir: " Hörmətli cənab prezident,

Əziz Qardaşım,

Xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"