logo

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

12:20 14-02-2021 | icon 1918
Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib. 

YeniAvropa xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün  “Twitter” hesabında status yazıb.

“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq.

Başın sağ olsun, qardaş Türkiyə!”, - deyə nazir tvitdə qeyd edib.