logo

Qarabağda tapılan erməni hərbçilərin cəsədinin sayı 1378-ə çatdı

11:10 14-02-2021 | icon 1806
Qarabağda tapılan erməni hərbçilərin cəsədinin sayı 1378-ə çatdı

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbiçlərin cəsədlərinin axtarışı davam etdirilir. Bu gün  axtarışlar nəticəsində daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb. Bildirilib ki,  cəsədlərin qalıqları Qubadlı rayonu ərazisində aşkar edilib.

Ölənlərin kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizasına təqdim edilib. 
Axtarış işləri fevralın 15-də davam etdiriləcək.

Beləliklə,  10 noyabr tarixindən sonra Qarabağda tapılan erməni hərbçilərin cəsəd sayı 1378-ə çatıb.