logo

Donald Tramp ABŞ Senatında bəraət aldı

10:43 14-02-2021 | icon 2331
Donald Tramp ABŞ Senatında bəraət aldı

ABŞ Senatı ölkənin sabiq prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələr keçirib.

YeniAvropa "BBC"yə istinadla xəbər verir ki, müzakirələrdən sonra keçirilən impiçment üzrə yekun səsvermənin nəticəsinə görə Donald Tramp bəraət alıb. Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazım idi, lakin 57 senator impiçmentin lehinə, 43 senator isə bunun əleyhinə səs verib.

Qeyd edək ki, Donald Tramp qiyama təhrikdə ittiham edilirdi. Belə ki, yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olmuşdular.