logo

Metrodan oğurlanan milyonlar: Mehmandan Zaur Hüseynov və oğlu ilə bağlı araşdırma

19:59 13-02-2021 | icon 6244
Metrodan oğurlanan milyonlar: Mehmandan Zaur Hüseynov və oğlu ilə bağlı araşdırma

Videoblogger Mehman Hüseynov "YouTube" kanalında  növbəti araşdırmasını təqdim edib.

YeniAvropa xəbər verir ki, Mehman Hüseynovun budəfəki araşdırması "Bakı Metropoliteni"nin rəhbəri Zaur Hüseynov , onun  xaricdə  yaşayan  və milyonluq xarici şirkətlərə sahib olan oğlu Həbib Hüseynzadə barəsindədir.

Onun sözlərinə görə ,  paytaxtda "İnçaatçılar" metro stansiyasının çıxışındakı “Yaşıl məkan” restoranı da Həbib Hüseynzadənindir.

Mehman Hüseynov videoaraşdırmasını  belə təqdim edib: “Metrodan oğurlanan milyonlar...Bahalı maşınlar, şirkətlər, restoranlar! Sənədlərlə, sübutlarla, faktlarla! Azərbaycan xalqına məxsus olan sərvəti kimlər oğurlayır və hara xərcləyir? Daha bir korrupsioner məmur və onun “kasıb” oğlu..”

Həmin süjeti təqdim edirik: