logo

Rəsmi Bakı livanli erməni snayper Maral Nacaryanı əsirliikdə saxlayır

19:20 13-02-2021 | icon 7588
Rəsmi Bakı livanli erməni snayper Maral Nacaryanı əsirliikdə saxlayır

Rəsmi Bakının ötən il noyabrın 10-da Azərbaycan Ordusu tərəfindən əsir götürülmüş  Livan və Ermənistan vətəndaşı olan snayper Maral Nacaryanı azadlığa buraxması haqda yayılan xəbər həqiqəti əks etdirmir.

 YeniAvropa xəbər verir ki, bu barədə "news.am" Maralın bacısı Ani Nacaryana istinadla məlumat yayıb. Onun sözlərinə görə, fevralın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin işçiləri Azərbaycanda əsirlikdə Maral Nacaryanı ziyarət ediblər. Daha sonra Livanın Qırmızı Xaç təşkilatı Maralın sağlamlıq vəziyyətlərinin yaxşı olması barədə   ailəsinə məlumat veriblər. 

Ani Nacaryan vurğulayıb ki,  Maralın əsirlikdən azad edildiyi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xatırladaq ki, daha əvvəl rəsmi Bakı  Azərbaycan DTX-nın antiterror əməliyyatı nəticəsində ələ keçən 62 terrorçunu hərbi əsir hesab etmədiyindən, 10 noyabr razılaşması ilə qaytarmayacağını və onların mühakimə olunacağını açıqlamışdı.  Livanlı snayper Maral Nacaryanın də həmin terrorçunların arasında olduğu bildirilir.

Lakin buna baxmayaraq, rəsmi Bakı yanvarın sonunda 5 və  fevralın 9-da  daha  5 erməni  "əsir"i artıq Ermənistana təhvil verib. 

Xatırladaq ki, bunadək Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri nəticəsində 55 Ermənistan vətəndaşı və 15 Azərbaycan vətəndaşı evlərinə qaytarılıb.