logo

Paytaxtda  evdən qadın meyiti tapıldı

18:10 13-02-2021 | icon 1974
Paytaxtda  evdən qadın meyiti tapıldı

Bakıda mənzildən meyit tapılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki,  nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Mənzildə aşkarlanan 1934-cü il təvəllüdlü Sidnikova Raisa İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.