logo

Yaponiyada 7,1 ballıq zəlzələ oldu

17:15 13-02-2021 | icon 2268
Yaponiyada 7,1 ballıq zəlzələ oldu

Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, zəlzələnin ocağı Fukusima prefekturasında qeydə alınıb.

Yaponiyanın Baş Meteorologiya İdarəsi ölkədə sunami təhlükəsi elan edib.

Bildirilir ki, hazırda yerli hakimiyyət orqanları qurbanlar və mümkün zərərlər barədə məlumat toplayırlar.

Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato yerli əhaliyə sakitliyi qorumaqla bağlı çağırış edib və ölkə rəhbərliyinin təbii fəlakətin nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi etdiyini vurğulayıb.

Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, 830 min ailə işıqsız qalıb, sürət qatarların hərəkəti dayandırılıb.