logo

Ermənistandakı 5,2 ballıq zəlzələ  Azərbaycanda da hiss olunub

15:55 13-02-2021 | icon 2037
Ermənistandakı 5,2 ballıq zəlzələ  Azərbaycanda da hiss olunub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən bu gün yerli vaxtla saat 15:29-da Heydərabad stansiyasından 44 kilometr şimalda Ermənistan ərazisində 5, 2 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

TASS agentliyinin məlumatına əsasən , Ermənistan paytaxtında mobil rabitə və internetdə fasilələr müşahidə olunur.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.