logo

Moskvada 50 sm-dək qar yağdı: 100-dək aviareys təxirə salındı

14:54 13-02-2021 | icon 2296
Moskvada 50 sm-dək qar yağdı: 100-dək aviareys təxirə salındı

Rusiya paytaxtının aeroportlarında güclü qar səbəbindən 100-dək aviareys təxirə salınıb.

YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, fevralın 11-0 axşam saatlarından başlayaraq  Moskvada güclü qar yağır, çovğun müşahidə olunur. Hazırda şəhərin yollarında 10 bal səviyyəsinə qalxmış tıxaclarda yüzlərlə yük və minik maşını dayanıb.

Son məlumata görə, “Domodedovo” aeroportunda yüzlərlə sərnişin aviareyslərin təxirə salınması üzündən saatlarla gözləməli olur. Bu hava limanında 72, “Şeremetyevo”da 15, “Vnukovo” hava limanında isə 13 aviareys təxirə salınıb.

Moskvada qar örtüyünün hündürlüyü son 65 ilin rekordunu yeniləyə bilər.

Yağıntının fevralın 14-dək davam edəcəyi və bu müddətdə qar örtüyünün hündürlüyünün 50 santimetrə çatacağı proqnozlaşdırılır.