logo

İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

22:12 12-02-2021 | icon 1869
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində iştirak edən , müharibə zamanı itkin düşdüyü hesab edilən, axtarışları aylardır davam edən daha bir döyüşçümüzün nəşi tapılıb.

 YeniAvropa xəbər verir ki, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi bu gün Murov dağının Ağbaba yüksəkliyində aşkar olunub.
Qeyd edək ki, şəhid döyüşçü əslən Şuşa şəhərindəndir və ailəsi illərdir ki, müvəqqəti olaraq məcburi köçkün olaraq Naftalan şəhərində məskunlaşıb.
Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXE) kimi Daşkəsən rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə qulluq edib. Ailəsi ilə son dəfə sentyabr ayının 27-də rabitə əlaqəsi yaradıb.
Anası Tünzalə xanıma :"Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm",- mesajını yazıb.
 
Qeyd edək ki, nəşi tapılan şəhid döyüşçü sabah Naftalanda son mənzilə yola salınacaq.
 
Allah rəhmət eləsin!