logo

Əli Həsənovun bacısı oğlu da Daxili İşlər Nazirliyi sistemindən qovuldu

16:46 12-02-2021 | icon 2037
Əli Həsənovun bacısı oğlu da Daxili İşlər Nazirliyi sistemindən qovuldu
Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsindən kənarlaşdırılıb.
 
YeniAvropa xəbər verir ki,  Əli Həsənovun DİN Baş Mühafizə İdarəsi Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsinin bölük komandiri vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara  görə tutduğu vəzifədən azad edilib.
 
Xatırladaq ki, daha əvvəl daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Əli Həsənovun qaynı, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev də vəzifəsindən uzaqlaşdırılmışdı.