logo

Vilayət Eyvazov Əli Həsənovun qaynını işdən qovdu

16:06 12-02-2021 | icon 315
Vilayət Eyvazov Əli Həsənovun qaynını işdən qovdu

Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun qaynı, polkovnik  Cəbrayıl Vəliyev polis orqanlarından xaric edilib.

 YeniAvropa xəbər verir ki,bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.
O, xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
 
Xatırladaq ki, C.Vəliyev daha əvvəl Salyan rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.