logo

İlham Əliyev bir qrup vergi xidməti əməkdaşına ali xüsusi rütbələr verdi

15:55 12-02-2021 | icon 1673
İlham Əliyev bir qrup vergi xidməti əməkdaşına ali xüsusi rütbələr verdi

Prezident İlham Əliyev fevralın 12-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilsin:

Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi".