logo

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

15:07 12-02-2021 | icon 2898
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 226 nəfər müalicə olunaraq sağalıb, 191 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 345 nəfər müalicə olunaraq sağalıb, 3173 nəfər vəfat edib. Aktiv xəstə sayı 2322 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 485 min 483 test aparılıb. Bugünkü test sayı isə 7260-dır.