logo

Azərbaycan Qazaxıstanla hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib

14:54 12-02-2021 | icon 1435
Azərbaycan Qazaxıstanla hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib

Fevralın 12-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimovla görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılıb. Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistanın hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Səfir Serjan Abdıkarimov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.