İyulun sonunadək 300 milyon amerikalı peyvənd olunacaq-Co Bayden
Birləşmiş Ştatlarda iyul ayının sonlarına qədər 300 milyon amerikalını peyvənd etmək üçün yetərincə vaksin ehtiyatı olacaq.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Merilend ştatındakı milli səhiyyə institutlarında çıxış edərkən deyib.
“İyul ayının sonlarınadək 300 milyon amerikalını peyvənd etmək üçün kifayət qədər vaksin ehtiyatı yaratmaq üzrəyik. Bu, bizə lazım olan sürətli irəliləyiş kimi səslənməyə bilər. Amma gəlin aydınlaşdıraq: Mən ABŞ Prezidenti postuna gələndə, ölkədə pandemiya ilə mübarizə planı ümumiyyətlə yox idi”, - deyə Cozef Bayden bildirib. O, həmçinin qeyd edib ki, hazırkı prezident administrasiyası amerikalı vaksin istehsalçıları “Pfizer” və “Moderna” kompaniyalarının hər birindən 100 milyon vaksin dozasının alınması üzrə müqavilələr imzalayıb.
“Biz bütün amerikalıları peyvənd etmək üçün kifayət qədər peyvənd tədarükü görmüşük. Hazırda insanların bu vaksini əldə etmələri üzərində çalışırıq”, - deyə dövlət başçısı qeyd edib.
Beləliklə, söhbət 600 milyon vaksin dozasından gedir. ABŞ preparatları ilə vaksinasiya iki mərhələdə aparılır. Milli institutlar hər bir istehsalçının iyulun sonlarınadək 300 milyon vaksin dozası çatdıracağını bildirib. 2019-cu ilə olan məlumata əsasən, ABŞ əhalisinin sayı 328,2 milyon nəfər təşkil edir.
İndiyə qədər dünyada 159,3 milyon nəfər koronavirusa qarşı peyvənd edilib ki, bu da planet əhalisinin təxminən 2 faizinə bərabərdir. Ən çox peyvəndləmə ABŞ-da aparılıb - 48 milyondan çox (əhalinin 14 faizi). İkinci yerdə Çin (40 milyondan çox), üçüncü yerdə isə Böyük Britaniya (14 milyondan çox) qərarlaşıb. Dünya üzrə vaksinasiyanın 65 faizi bu üç ölkənin payına düşür.
Ağdamda suvarma idarəsinin rəisi minaya düşdü-sağ ayağını itirdi
Spiker Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
İlham Əliyev Pakistanın baş qərargah rəisini videoformatda qəbul edib
Kürdəxanı sakinindən 2 kq-dək narkotik maddə götürülüb
Hindistan prezidenti COVID-19-a qarşı peyvənd olunub
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
Füzulidə hərbi texnikalar və silah-sursat aşkar edilib
Azərbaycanda daha 319 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü
Azərbaycanın 27 şirkətinə Rusiyaya alma və pomidor idxalına icazə verildi
Paytaxtda "Jiquli" ilə marketdən “E-manat” ödəmə terminalını oğurladılar
Nikol Paşinyan bu dəfə baş qərargah rəisi Onik Qasparyanı həbs etdirəcək
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi bəlli oldu
Yaponiya hökuməti Azərbaycana 235 min dollarlıq qrant yardımı edib
Sabah Bakıda 10° isti olacaq
Tarixçi alim Dilavər Əzimli koronavirusdan vəfat etdi
Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıldı
Şəmkirdə 120 nəfərlik toy yarımçıq qaldı-iştirakçılar 200 manat cərimələndi
İşğaldan azad olunmuş ərazilərə keçərkən saxlanıldılar
Ziya Məmmədovun Ucardakı obyektləri açıqlandı–Ticarət mərkəzi, mağazalar, fermalar...
Sabah Əfv Komissiyasının növbəti iclası olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Azərbaycan nefti 64,25 dollara satılır
Bəs, Hacıbala Abutalıbov?Onun digər korrupsionerlərdən nəyi əskikdir?...
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Manaf Ağayev karantin rejimində toyda - Video