logo

Prezident Azərbaycanın Estoniya və İordaniyadakı səfirlərini geri çağırdı

12:59 12-02-2021 | icon 1596
Prezident Azərbaycanın Estoniya və İordaniyadakı səfirlərini geri çağırdı

Prezident İlham Əliyev fevralın 12-də Azərbaycan Respublikasının Estoniyadakı və  İordaniya Haşimilər Krallığındakı fövqəladə və səlahiyyətli səfirlərinin geri çağırılması haqqında sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı birinci sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidentin imzaladığı digər bir sərəncamla isə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.