logo

Abşeron rayon sakinindən 1 kq-dan çox heroin götürülüb

12:22 12-02-2021 | icon 1869
Abşeron rayon sakinindən 1 kq-dan çox heroin götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini O.Cahangirzadə Qaradağ rayonu ərazisində saxlanılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, onun üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilib. Evdən 1 kiloqram 69 qrama yaxın narkotik vasitə və güclü təsiredici xassəyə malik həblər, o cümlədən 1 kiloqram 10 qramdan artıq heroin, 54 qrama yaxın metamfetamin və bir elektron tərəzi götürülüb.

Faktla bağlı təhqiqat aparılır.