logo

100-dən çox avtomobilin iştirakı ilə zəncirvari  avtoqəza baş verib

09:19 12-02-2021 | icon 2198
100-dən çox avtomobilin iştirakı ilə zəncirvari  avtoqəza baş verib

ABŞ-ın Texas ştatında 100-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub. Xəsarət alan 36 nəfər isə xəstəxanalara yerləşdirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hadisə Dallas və Fort-Uort şəhərləri arasındakı magistralda baş verib. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.