logo

Paytaxtda “Mercedes” yolu keçən piyadanı vurub öldürdü

18:48 11-02-2021 | icon 2814
Paytaxtda “Mercedes” yolu keçən piyadanı vurub öldürdü

Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki,  Bakı şəhər sakini S.Mustafayev M.Nərimanov küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini R.Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.