logo

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

16:45 11-02-2021 | icon 1974
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 205 nəfər müalicə olunaraq sağalıb, 140 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 119 nəfər müalicə olunaraq sağalıb, 3170 nəfər vəfat edib. Aktiv xəstə sayı 2360 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 478 min 223 test aparılıb. Bugünkü test sayı isə 7315-dir.