logo

Ərdoğan koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurub

15:44 11-02-2021 | icon 1897
Ərdoğan koronavirusa qarşı vaksinin ikinci dozasını vurdurub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus (COVID-19) infeksiyasına qarşı Çin istehsallı olan “Sinovac” vaksininin ikinci dozasını vurdurub.

 YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkə hesabından paylaşım edən Türkiyə dövlət başçısı əminliklə bildirib ki, tezliklə bütün vətəndaşların infeksiyaya qarşı peyvənd olmasını hədəfləyirik.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus (COVID-19) infeksiyasına qarşı Çin istehsallı olan “Sinovac” vaksininin birinci dozasını yanvarın 14-də vurdurmuşdu.