logo

Salyanda evində nişan mərasimi təşkil etdi və cərimələndi

15:05 11-02-2021 | icon 1764
Salyanda evində nişan mərasimi təşkil etdi və cərimələndi

Salyan rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları rayonun Noxudlu kənd sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyini müəyyənləşdiriblər.

Məclisin təşkilatçısı və orada iştirak edən doqquz nəfər barəsində inzibati qaydada protokollar tərtib olunub. Onların hər biri 200 manat məbləğində cərimələniblər.