logo

Gürcüstanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

13:11 11-02-2021 | icon 1736
Gürcüstanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

Yaxın vaxtlarda region ölkələrinə səfər çərçivəsində Azərbaycana gedəcəyəm. Azərbaycan bizim strateji tərəfdaşımızdır və ortaq maraqlarımıza xidmət edən bir sıra vacib layihələrimiz var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün keçirdiyi brifinqdə söyləyib.

O qeyd edib ki, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir. Qonşu ölkələrə səfərlər zamanı iqtisadi diplomatiya ilə bağlı məsələlər əsas müzakirə mövzusu olacaq. Bu səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək.

D.Zalkaliani regional infrastruktur layihələrinə də toxunub: “Gürcüstan infrastruktur layihələrin reallaşdırılması, kommunikasiyaların inkişafı, həmçinin sualtı fiber-optik kabellərin çəkilməsi ilə bağlı Amerika, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, eləcə də Türkiyə və Azərbaycan ilə fəal iş aparır.

“Gürcüstan strateji tərəfdaşlarımız olan Türkiyə və Azərbaycanla çox fəal iş aparır. Biz bu iki ölkə ilə əhəmiyyətli geostrateji layihələrdə iştirak edirik”,-deyə nazir vurğulayıb.