logo

Qarabağda  daha 4 erməni hərbçinin cəsədinin qalıqları  tapıldı

11:41 11-02-2021 | icon 1869
Qarabağda  daha 4 erməni hərbçinin cəsədinin qalıqları  tapıldı

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbiçlərin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb. Bildirilib ki, ötən gün axtarışlar zamanı Füzuli rayonunda daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Cəsədlərin kimə məxsusluğu nun müəyyən edilməsi üçün  məhkəmə-tibbi ekspertizaya təqdim edilib. 

Qeyd edilib ki, bu gün cəsədlərin axtarışları Hadrut istiqamətində davam etdiriləcək. 

Beləliklə,  10 noyabr tarixindən sonra Qarabağda tapılan erməni hərbçilərin cəsəd sayı 1371-ə çatıb.