logo

Teymur Rəcəbov “Opera Euro Rapid”in yarımfinalına yüksəldi

23:45 10-02-2021 | icon 2492
Teymur Rəcəbov “Opera Euro Rapid”in yarımfinalına yüksəldi

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.

 YeniAvropa xəbər verir ki, 34 yaşlı şahmatçı bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.

Tərəflər arasında ilk 4 qarşılaşma heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqə qazanan şahmatçnın adı ı tay-breykdə bəlli olub. Burada rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə adlayıb.

Xatırladaq ki, bu şahmatçılar arasında ilk gündə baş tutan görüşlər 2:2 hesabı ilə baş açatmışdı.

Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşündə norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav qarşılaşacaq. Yarımfinal qarşılaşmaları 11-12 fevralda olacaq.