logo

Prezidentin Ehtiyat Fondundan ötən ildə 436,2 milyon manat xərclənib

20:19 10-02-2021 | icon 1561
Prezidentin Ehtiyat Fondundan ötən ildə 436,2 milyon manat xərclənib

Ötən il əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 436,2 milyon manat vəsait yönəldilib.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatında bildirilir. 

Qeyd edilib ki, bu vəsaitin 233,1 milyon manatı təhsil, səhiyyə, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, 142,9 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisi və yenidən qurulmasına, 60,2 milyon manatı isə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və digər zəruri ehtiyacların maliyyələşdirilməsinə yönəldilib.