Daha bir bələdiyyə sədri həbs edildi
Daşkəsən rayonu Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, istintaq-əməliyyat tədbirləri ilə Rasim Allahverdiyevin həmin vəzifədə işləyərkən Şahbaz Mehdiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında Rasim Allahverdiyev, Şahbaz Mehdiyev və Vüqar Məmmədova fevralın 1-də Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
ABŞ-ın Yerevandakı səfirliyi siyasi düşərgələrə çağırış etdi
Avropa İttifaqı Ermənistandakı hadisələri yaxından izləyir
İlham Əliyev "Signify" şirkətinin icraçı direktorunu qəbul edib
Paşinyan Putinə zəng etdi
Bakıda Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib
“Neftçi“nin uduzması "Qarabağ”ı lider etdi
"AZAL" Bakıdan Kiyevə xüsusi reyslərə başlayır
Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirəcək
MEDİA-da idman mətbuatına dəstək mövzusunda görüş keçirilib
Bakıda Azərbaycan- Pakistan hərbi əməkdaşlığı müzakirə edilib
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
Paşinyan Yerevandakı mitinqdə rəqiblərini həbslərlə hədələdi
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü
Oksigenlə zəngin hava şəraiti gözlənilir
İlham Əliyev revanşist fikirlərlə yaşayanlara yumruğunu göstərdi
Baş Qərargah növbəti dəfə Paşinyandan istefa tələb etdi
Lavrov təcili Ayvazyan zəng etdi: Yerevandakı hadisələri müzakirə eidi
Ağcabədi sakinindən 10 kq-dan çox marixuana götürülüb
İlham Əliyev “Dostluq” yatağına dair Anlaşma Memorandumunu təsdiqləyib
Çavuşoğlu:"Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik”
Ceyhun Bayramov Pakistan nümayəndə heyətini qəbul edib
Lənkəran polisinin axtardığı dələduz qadın 6 il sonra Tovuzda tapıldı
Sabah Bakıda 7° isti olacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Peskov: "Rusiya baş verənləri Ermənistanın daxili işi hesab edir"