logo

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı açıqlandı 

17:18 10-02-2021 | icon 1743
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı açıqlandı 
2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.
YeniAvropa xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi ilə əlaqədar müvafiq qərarına əsasən, mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
 
Martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək.
Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.
Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur.
Bu il  Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.
Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.