logo

Azərbaycan nefti maksimum həddə bahalaşıb-61,69 dollar

10:10 10-02-2021 | icon 1988
Azərbaycan nefti maksimum həddə bahalaşıb-61,69 dollar

Azərbaycan neftinin qiyməti bahalaşıb.

 YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar artaraq 61,69 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.