logo

Azərbaycan tərəfi daha 5 ermənini Ermənistana təhvil verdi

20:47 09-02-2021 | icon 1764
Azərbaycan tərəfi daha 5 ermənini Ermənistana təhvil verdi

Fevralın 9-da Azərbaycan tərəfi 5 erməni  "əsir"i Ermənistana təhvil verib.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb.

Bildirilib ki, pproses rus sülhməramlılarının vasitəçiliyi ilə gerçəkləşib. Erməni hərbi "əsirlər"i Yerevana gətirəcək təyyarənin Azərbaycan paytaxtından artıq havaya qalxdığı bildirilir. Onları  Qarabağdakı rus sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov müşayiət edib.

Qeyd edək ki, daha əvvəl rəsmi Bakı 13 dekabrda Azərbaycan DTX-nın antiterror əməliyyatı nəticəsində ələ keçən 62 terrorçunu hərbi əsir hesab etmədiyindən, 10 noyabr razılaşması ilə qaytarmayacağını və onların mühakimə olunacağını açıqlamışdı. Buna baxmayaraq, yanvarın sonunda onlardan 5-i bir azərbaycanlı əsirlə dəyişdirildi.

Xatırladaq ki, bunadək Rusiya sülhməramlı kontingentinin komandanlığının səyləri nəticəsində 55 Ermənistan vətəndaşı və 15 Azərbaycan vətəndaşı evlərinə qaytarılıb.

 0-00