logo

Türkiyədə gün ərzində ikinci zəlzələ qeydə alındı-bu dəfə 4,7 bal gücündə 

20:13 09-02-2021 | icon 1925
Türkiyədə gün ərzində ikinci zəlzələ qeydə alındı-bu dəfə 4,7 bal gücündə 

Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4,7 bal gücündə zəlzələ olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyə vaxtı ilə 18:51-də qeydə alınan yeraltı təkanların ocağı yerin 7,1 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Xatırladaq ki, bu, gün ərzində Türkiyədə baş vermiş sayca ikinci zəlzələdir. 

Bu gün Türkiyə vaxtı ilə 10:30-da Egey dənizində Türkiyənin İzmir vilayətinin Urla rayonuna yaxın bölgədə 4,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İzmir və ətraf bölgələrdə də hiss olunub.