logo

Abid Şərifovun nəvəsi otel açdı 

19:15 09-02-2021 | icon 1540
Abid Şərifovun nəvəsi otel açdı 

Şəki şəhər icra hakimiyyəti "Şəki Park” otel kompleksinin istismarına icazə verib.

 YeniAvropa xəbər verir ki, Tikintilərin dövlət reyestrinə əsasən, 4 hektar torpaq sahəsində tikilən kompleks 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur.


"Səki Park” otel dördmərtəbəli əsas korpus və ümumi sahəsi 5200 m2-dən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir.
Otel kompleksinin daxilində qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri yerləşir.
Xatırladaq ki, bu, baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsinin yeganə gəlir mənbəyi deyil. 

Belə ki, Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada "Abeona Global Limited” şirkətinə rəhbərlik edir.
2018-ci ildə gənc sahibkarın bu şirkətdə 260 min funt sterlinqdən artıq sərvəti var idi.

0-1-2_1